Son dəqiqə! İran neft tankerinə raket zərbəsi
İranın Xarq adası yaxınlığında neft tankerinə raket zərbəsi endirilib.
Sitat.info xəbər verir ki, İranın “Student News Network” portalının məlumatına görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Xarq adası İranın neft sənayesi üçün strateji əhəmiyyət daşıyır. Ölkənin xam neft ixracının böyük hissəsi məhz bu ərazidən həyata keçirilir. Adanın adı daha əvvəl ABŞ Prezidenti Donald Trampın təhdidlərində də hallanıb.
Hadisənin kim tərəfindən törədildiyi ilə bağlı isə hələlik rəsmi açıqlama yoxdur.
Aytac, Sitat.info