Ərdoğan: “Türkiyə 🇮🇷 İran-🇺🇸 ABŞ gərginliyinin sona çatması üçün çalışır”

Ərdoğan: “Türkiyə 🇮🇷 İran-🇺🇸 ABŞ gərginliyinin sona çatması üçün çalışır”
Dünya 05 Sentyabr 2026 09:32

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığında Yaxın Şərqdəki son prosesləri müzakirə edib.

Sitat.info xəbər verir ki, məlumata görə, Ərdoğan Türkiyənin İranla ABŞ arasındakı gərginliyin və bölgədəki digər münaqişələrin sona çatması üçün səylər göstərdiyini bildirib. O, Ankaranın sülhə yönəlmiş diplomatik təşəbbüslərini davam etdirəcəyini və bölgədəki qardaş ölkələrə qarşı hücumları heç vaxt qəbul etmədiyini vurğulayıb. Telefon danışığında Türkiyə-BƏƏ münasibətləri də müzakirə olunub. Ərdoğan iki ölkə arasında, xüsusilə müdafiə sənayesi və iqtisadiyyat sahələrində əməkdaşlığın genişlənərək davam edəcəyini bildirib.  

Seymur,

Sitat.info