Bakıda bu 2 yol təmirə bağlanır

Bakıda bu 2 yol təmirə bağlanır
SOSİAL 04 Sentyabr 2026 17:13
Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sitat.info xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işlərinə 5 sentyabr saat 07:00-dan etibarən start veriləcək. Hərəkətin qismən məhdudiyyəti təmir işləri bitənə qədər qüvvədə olacaq.