“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq
“Qafqazinfo” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı bəyanatda bildirilir.
“Azərbaycan ərazisində media fəaliyyəti həyata keçirən bütün media subyektləri “Media haqqında” Qanunun tələblərinə riayət etməli və qanunvericiliklə müəyyən edilmiş qaydada “Media Reyestri” İnformasiya Sistemində mövcud olmalıdırlar.
Bununla yanaşı, “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar müvafiq resurs barəsində məhkəmə tərəfindən aidiyyəti qərar qəbul edilib və onun fəaliyyəti qanunsuz hesab edilib.
Bir daha bildiririk ki, bütün media subyektləri, o cümlədən hər hansı icmanın və ya sosial qrupun adından çıxış edən və media fəaliyyəti həyata keçirən subyektlər qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməli, öz hüquqi və peşəkar statusu, fəaliyyət istiqaməti və təmsilçilik xarakteri barədə ictimaiyyətə düzgün, obyektiv və şəffaf məlumat təqdim etməlidirlər”, - bəyanatda vurğulanıb.
