PSJ-yə 150 min avroluq zərbə: Səbəb bəlli oldu
Fransa futbol çempionatının ilk turunda "Renn"lə matçın yerinin dəyişdirilməsi "Pari Sen-Jermen" (PSJ) klubuna baha başa gəlib.
Sitat.info Liqa 1-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Paris təmsilçisi bu addımına görə 150 min avro məbləğində cərimələnib.
Məlumata görə, qərar klubların meydançanın vəziyyəti və ehtiyat stadionun mövcudluğu ilə bağlı öhdəliklərini müəyyən edən müvafiq maddənin pozulmasına görə qəbul edilib.
Xatırladaq ki, PSJ və "Renn" arasındakı qarşılaşma meydançanın yararsız vəziyyətdə olması səbəbindən Parisdən başqa yerə keçirilmişdi. Nəticədə avqustun 23-də "Renn"in ev stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşmışdı.