Buçaya hücumda 27 nəfər öldü

Buçaya hücumda 27 nəfər öldü
Dünya 29 Avqust 2026 14:50
Rusiya ordusunun ötən gün Kiyevin Buça rayonuna zərbə endirməsi nəticəsində 27 nəfər həlak olub.

Sitat.info Ukrayna mediasına istinadən xəbər verir ki, hücum nəticəsində daha 42 nəfər isə xəsarət alıb. 

Kiyev vilayəti dövlət administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, həlak olanların sayının artacağı gözlənilir. 

Hazırda hücum baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

///Qafqazinfo