Hava limanlarına kiberhücum: Milyonlarla sərnişinin məlumatları ələ keçirildi

Hava limanlarına kiberhücum: Milyonlarla sərnişinin məlumatları ələ keçirildi
Dünya 28 Avqust 2026 10:23

Britaniyanın Mançester, London Stansted və East Midlands hava limanlarını idarə edən Manchester Airports Group-a kiberhücum edilib.

Sitat.info xəbər verir ki, hadisə nəticəsində təxminən 8,7 milyon müştərinin şəxsi məlumatlarına giriş əldə olunub.

Ələ keçirilən məlumatlara e-poçt və telefon nömrələri, avtomobil dövlət nömrələri və poçt indeksləri daxildir. Şirkət bank və ödəniş məlumatlarının sızmadığını, uçuşların və hava limanı xidmətlərinin normal davam etdiyini bildirib.

Şirkət hücumun riskinin nəzarətə alındığını və müvafiq qurumların məlumatlandırıldığını açıqlayıb. Sərnişinlərə isə hava limanı adından gələn şübhəli mesaj və zənglərə qarşı diqqətli olmaları tövsiyə edilib.

Aytac,

Sitat.info