Putin 2017-ci ildən bəri ilk dəfə həmin sammitdə iştirak edəcək

Putin 2017-ci ildən bəri ilk dəfə həmin sammitdə iştirak edəcək
Gündəm 28 Avqust 2026 18:38

Rusiya Prezidenti Vladimir Putin əsas strateji istiqamətləri razılaşdırmaq məqsədilə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində iştirak edəcək.

Sitat.info xəbər verir ki, Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev məlumat verib.

“Noyabrın 18-19-da Şençjendə keçiriləcək sammitdə nümayəndə heyətimizə Rusiya Prezidenti Vladimir Putin rəhbərlik edəcək və bu, onun 2017-ci ildən bəri tədbirdə şəxsən iştirakı olacaq. O, Çin lideri Si Cinpin və regionun aparıcı iqtisadiyyatlarının rəhbərləri ilə birlikdə Asiya-Sakit Okean regionunun gələcək inkişafı üçün mühüm istiqamətləri müzakirə edəcək”, - deyə Berdıyev bildirib.