"Dövlət çevrilişləri etməyə öyrəşməmişik" - Lavrov

\"Dövlət çevrilişləri etməyə öyrəşməmişik\" - Lavrov
Gündəm 28 Avqust 2026 18:00

Biz dövlət çevrilişləri etməyə öyrəşməmişik". 

Sitat.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBC telekanalına verdiyi müsahibədə deyib. 

O, Rusiyanın yumşaq gücdən istifadə edə bilməməsi fikrinin Ermənistana da aid olub-olmadığı sualını cavablandırarkən bildirib: "Yumşaq güc artıq daxili işlərə birbaşa müdaxilə metodlarına çevrildiyindən, yəqin ki, bəli. Amma əlbəttə ki, müharibədən əvvəlki dövrlərdən, müharibə illərindən bəri təxribatçı işlərdə təcrübəmiz var."

Kəşfiyyatçılarımız müxtəlif ölkələrdə çalışıb, öz maraqlarını qəhrəmancasına müdafiə ediblər. Amma bu, ilk növbədə sadəcə məlumat toplamaqdır. Bəs dövlət çevrilişləri təşkil etmək? Biz bunu necə edəcəyimizi öyrənməmişik".

///Unikal