Tramp Hörmüz boğazı ilə bağlı xəritəni yenidən paylaşdı  

Tramp Hörmüz boğazı ilə bağlı xəritəni yenidən paylaşdı  
Dünya 28 Avqust 2026 10:10

Bu gün ABŞ prezidenti Donald Tramp Hörmüz boğazını “yeni ABŞ ərazisi” kimi göstərən xəritəni özünün “Truth Social” platformasında yenidən paylaşıb.


Sitat.info xəbər verir ki, xəritədə Hörmüz boğazı “Yeni ABŞ ərazisi” ifadəsi ilə işarələnib.

Paylaşımda boğaz ABŞ-nin Puerto Riko, Quam və ABŞ Virciniya adaları kimi əraziləri ilə birlikdə göstərilib. Trampın bu xəritəni daha əvvəl də paylaşdığı bildirilir.

Bu paylaşım Trampın Hörmüz boğazı üzərində ABŞ nəzarəti ilə bağlı son açıqlamaları fonunda baş verib.

ABŞ prezidenti daha əvvəl İranla qarşıdurma başa çatdıqdan sonra boğazı ABŞ ərazisi elan edə biləcəyini bildirmişdi.

Tramp, habelə, ABŞ-nin Hörmüz boğazında dəniz blokadasını davam etdirdiyini və su yolunun minalardan təmizləndiyini açıqlayıb.

Nigar,

Sitat.info