Tbilisidə blogerin meyiti tapılıb

Tbilisidə blogerin meyiti tapılıb
Dünya 28 Avqust 2026 17:00

Abxaz bloger Daur Buava Tbilisidə yaşadığı mənzildə ölü vəziyyətdə aşkarlanıb.

Sitat.info xəbər verir ki, Gürcüstan mediasının yaydığı məlumata görə, onun ölümünün dəqiq səbəbi hələ müəyyənləşdirilməyib.

İlkin məlumatlara əsasən, bloger bir neçə gün əvvəl həyatını itirib. Qeyri-rəsmi məlumata görə, binada kəskin qoxunun yayılmasından sonra qonşular xilasedicilərə müraciət ediblər.

Hadisə yerinə gələn xilasedicilər mənzilə daxil olduqda Daur Buavanın meyitini aşkarlayıblar.

Gürcüstan Daxili İşlər Nazirliyi fakt üzrə araşdırma aparıldığını bildirib. İstintaq Cinayət Məcəlləsinin intihara çatdırma hallarını nəzərdə tutan 115-ci maddəsi əsasında həyata keçirilir.

Hazırda blogerin ölümünə səbəb olan hallar araşdırılır.