Belqorod vilayətinə sutka ərzində 86 hücum qeydə alınıb

Belqorod vilayətinə sutka ərzində 86 hücum qeydə alınıb
Dünya 29 Avqust 2026 13:56
Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinə hücum edib.
Sitat.info xəbər verir ki, "İnterfax"ın məlumatına görə, hücumlar nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Bildirilib ki, yaralananlardan 3-nün vəziyyəti ağırdır.
Bundan başqa, Krım yarımadasında yerləşən Sevastopol şəhərinə dron hücumu olub. Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Məlumata görə, ötən sutka ərzində Belqorod vilayətinə ümumilikdə 86 hücum qeydə alınıb.