ABŞ İranda toy məclisini vurdu, 50 nəfər yaralandı: Zərbə anı kamerada

HADİSƏ 02 Sentyabr 2026 09:54

İranın cənubundakı Sirik liman şəhəri yaxınlığında ABŞ tərəfindən həyata keçirildiyi bildirilən silsilə hava zərbələri nəticəsində 4 nəfər ölüb. Ölənlər arasında bir uşağın da olduğu bildirilir.

Sitat.nfo "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin açıqlamasına görə, hücumlar zamanı daha 50 nəfər yaralanıb.

Məlumata əsasən, zərbələrdən biri toy məclisinin keçirildiyi əraziyə yaxın nöqtəyə düşüb. Hadisə anının görüntüləri də yayılıb.

Təqdim edirik:

Aytac,

Sitat.info