Avtobusdan düşən 15 yaşlı qızı maşın vurdu - Vəziyyəti ağırdır
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 15 yaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü G.Q (Ad şərtidir) avtobusdan düşərək yolu keçmək istəyəndə “VAZ-2107” markalı avtomobil tərəfindən vurulub.
Qəza nəticəsində xəsarət alan 15 yaşlı qız Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.