Bişkekdə Lukaşenkoya milli simvol hədiyyə edildi

Bişkekdə Lukaşenkoya milli simvol hədiyyə edildi
SİYASƏT 31 Avqust 2026 17:40
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Qırğızıstan Respublikasına işgüzar səfərə gəlib.

Sitat.info xəbər verir ki, onu Manas Beynəlxalq Hava Limanında Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev qarşılayıb.

Lukaşenko ŞƏT Dövlət Başçıları Şurasının növbəti iclasında, “ŞƏT Plus” formatında yüksək səviyyəli görüşdə və VI Dünya Köçəri Oyunlarının təntənəli açılış mərasimində iştirak etmək üçün Qırğızıstandadır. 

Ona Qırğızıstanın milli simvolu və VI Dünya Köçəri Oyunlarının rəsmi simvolu olan qar bəbirinin oyuncağı hədiyyə edilib.

///Unikal