Putin Robert Köçəryanı təbrik etdi

Putin Robert Köçəryanı təbrik etdi
Dünya 31 Avqust 2026 13:27
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın sabiq prezidenti Robert Köçəryanı doğum günü münasibətilə təbrik edib.
Sitat.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Putin göndərdiyi teleqramda Köçəryana "sınaqlar qarşısında dözümlülük" arzulayıb.
Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma ittihamları ilə iki ay müddətinə həbs edilib.