ŞƏT Azərbaycan üçün niyə strateji əhəmiyyət daşıyır? – 3 əsas istiqamət

ŞƏT Azərbaycan üçün niyə strateji əhəmiyyət daşıyır? – 3 əsas istiqamət
TƏHLİL 31 Avqust 2026 17:18
"Bildiyiniz kimi, Azərbaycan bu gün müstəqil xarici siyasət həyata keçirir. Bu müstəqil siyasətlə yanaşı, ölkəmiz müxtəlif beynəlxalq təşkilatlarla — BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir. Bu, Azərbaycanın davamlı olaraq yürütdüyü bir siyasətdir və artıq öz müsbət bəhrəsini verir. Dövlətimiz bu istiqamətdə müstəqil tədbirlərini ardıcıl şəkildə həyata keçirməkdədir. Düşünürəm ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanı uğura aparır. Dövlətimiz beynəlxalq təşkilatlar çərçivəsində öz xarici siyasət kursunu uğurla sürdürür. Bu gün əminliklə demək olar ki, dövlətimizin beynəlxalq müstəvidəki uğurları daha da artır".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib. 

O bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı böyük və nüfuzlu bir təşkilatdır: "Avrasiya əhalisinin 60%-i, dünya əhalisinin 40%-i bu coğrafiyanın payına düşür və qlobal ticarət dövriyyəsinin 25%-i məhz bu regionda cəmləşib. Azərbaycan bu təşkilatla əməkdaşlıqda marqlıdır.

Bu gün dünyada, təəssüf ki, təhlükəsizliklə bağlı ciddi problemlər mövcuddur və təhlükəsizlik arxitekturası pozulub. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi siyasət təhlükəsizliyimizin qorunması, nəqliyyat imkanlarının genişlənməsi (xüsusən Orta Dəhlizin inkişafı) və iqtisadi əlaqələrin güclənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir".

C.Məmmədov hesab edir ki, o baxımdan, bu əməkdaşlıq çox vacibdir: "Hesab edirəm ki, bu səfər ölkəmizin nüfuzunu artıracaq, müxtəlif beynəlxalq təşkilatlar və digər dövlətlərlə əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir. Nəzərə alsaq ki, burada Çin də təmsil olunur və Çin Azərbaycan üçün prioritet tərəfdaşdır, bu məsələnin nə qədər önəmli olduğu bir daha aydın olur".

Nigar,

Sitat.info

Digər XƏBƏRLƏR