Kənan Yıldız əməliyyat olundu – “Yuventus”dan açıqlama

Kənan Yıldız əməliyyat olundu – “Yuventus”dan açıqlama
İdman 01 Sentyabr 2026 11:48

İtaliyanın "Yuventus" klubunda çıxış edən Türkiyə millisinin futbolçusu Kənan Yıldız cərrahi əməliyyat keçirib.

Sitat.info xəbər verir ki, Turin təmsilçisi 21 yaşlı vingerin sol ayağından əməliyyat olunduğunu açıqlayıb.

Məlumata görə, Kənan Yıldız Almaniyada cərrahiyyə əməliyyatına məruz qalıb və müdaxilə uğurla başa çatıb. Futbolçunun bərpa müddəti və yaşıl meydanlara nə zaman qayıdacağı ilə bağlı hələlik konkret məlumat verilməyib.

Qeyd edək ki, Kənan Yıldız 2022-ci ildən "Yuventus"un əsas komandasında çıxış edir.