"Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi

\"Sabah\" \"Araz-Naxçıvan\"ı məğlub etdi
İdman 31 Avqust 2026 20:53
Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib
Sitat.info xəbər verir ki, günün ilk matçında son çempion "Sabah" "Araz-Naxçıvan"ın qonağı olub.

Qəbələ şəhər stadionundakı qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 1:0.

49-cu dəqiqədə Patrik Orfe Mbina fərqlənib.

Rəqiblərindən bir oyun az keçirən "Sabah" 6 xalla 3-cü pillədə qərarlaşıb. Naxçıvan klubu 1 xalla 11-ci yerdədir.

Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.

Turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz yekunlaşıb.