Tanınmış aktrisa çəkiliş zamanı ağır XƏSARƏT ALDI

Tanınmış aktrisa çəkiliş zamanı ağır XƏSARƏT ALDI
HADİSƏ 01 Sentyabr 2026 15:47
Məşhur Honkonq aktrisası Kara Hui film çəkilişləri zamanı həmkarını xilas edərkən ağır xəsarət alıb.

Sitat.info “AsiaOne”a istinadən xəbər verir ki, 66 yaşlı aktrisa “Üçədək say” dramının çəkilişləri zamanı hadisə ilə üzləşib.

Hui bildirib ki, 31 yaşlı həmkarı Çjan Yuhaonun dördüncü mərtəbədən təhlükəsizlik ipi ilə asıldığı səhnənin çəkilişi zamanı çəkiliş meydançasına tayfun yaxınlaşıb. Bu zaman təhlükəsizlik ipi qırılıb və aktyor aşağı düşməyə başlayıb.

Hui dərhal ipdən yapışaraq həmkarını xilas etməyə çalışıb. Lakin qüvvəni düzgün qiymətləndirə bilmədiyi üçün konstruksiyaya çırpılıb.

Nəticədə aktrisanın altı qabırğası sınıb. Həkimlər sınıqlardan birinin daxili orqanlardan birinə ciddi zərər yetirməsinə az qaldığını bildiriblər. Buna baxmayaraq, Hui əməliyyat və müalicədən sonra vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Hadisə zamanı Çjan Yuhao xəsarət almayıb. Aktyor avqustun 28-də filmin premyerasında aktrisanın onu xilas etdiyini vurğulayıb.

“Əgər Kara son anda məni tutmaq üçün əlindən gələni etməsəydi, nə baş verəcəyini təsəvvür etmək çətindir”, – deyə o bildirib.