Qaqik Xaçaturyan həbs ediləcək
Ermənistanda külli miqdarda rüşvət alma və külli miqdarda çirkli pulların yuyulması faktları ilə bağlı başlanmış cinayət işi çərçivəsində Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Qaqik Xaçaturyanın və onun oğlunun mənzillərində, həmçinin onlarla əlaqəli təxminən 21 şirkətin ofis və filiallarında axtarış aparılıb.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Cinayət işi çərçivəsində Q.Xaçaturyanın saxlanılaraq barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə təqdim olunması barədə qərar qəbul olunub.