“Ermənistanla yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq”

“Ermənistanla yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq”
Gündəm 01 Sentyabr 2026 15:23
“Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir”.

Sitat.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı bildirib.

“Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq”, - deyə dövlət başçısı əlavə edib.