Putin Paşinyanla nə danışdı?

Putin Paşinyanla nə danışdı?
Dünya 01 Sentyabr 2026 22:33

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi məlumat yayıb.

Məlumata görə, bu, Ermənistanda keçirilən seçkilərdən sonra iki siyasətçi arasında ilk təkbətək görüşdür. İki ölkə liderinin bundan əvvəlki son görüşü cari ilin aprelində baş tutmuşdu.

Görüşdən bir neçə saat öncə Paşinyan Putinlə Moskva və İrəvan arasındakı münasibətlərin gələcək strategiyasını müzakirə edəcəyini bildirmişdi. Liderlərin danışıqlarından öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, ŞƏT sammiti çərçivəsində iki tərəf arasında dialoq “praqmatik və hörmət çərçivəsində” keçəcək.

Xatırladaq ki, avqustun 27-də Paşinyan hökumətin inkişaf proqramında Rusiyanı Ermənistanın strateji tərəfdaşı kimi göstərmədiyini açıqlamışdı. O, bu qərarın 4 il öncə sərhəddə baş verən toqquşmalara Moskvanın verdiyi reaksiya ilə bağlı olduğunu bildirmişdi.