"Euronews" İlham Əliyevin Məsud Pezeşkianı "İstisu"ya qonaq etməsini yayımlayıb

\"Euronews\" İlham Əliyevin Məsud Pezeşkianı \"İstisu\"ya qonaq etməsini yayımlayıb
SİYASƏT 01 Sentyabr 2026 20:43

Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkiana "İstisu" mineral suyunu təklif etməsi barədə "Euronews"da video yayımlanıb.

Sitat.info xəbər verir ki, bununla bağlı "Euronews"un "X" sosial şəbəkə hesabında da paylaşım edilib.

Xatırladaq ki, həmin görüşdə Azərbaycan Prezidenti iranlı həmkarına "İstisu" təklif edib:

"Azərbaycan suyunun dadına da baxın! Burada əla "İstisu" suyu var. Mən özümlə gətirmişəm", - İlham Əliyev vurğulayıb.

Daha sonra Azərbaycan Prezidenti həm Məsud Pezeşkian, həm də özü üçün "İstisu" süzüb.