Türkiyə DİN rəhbəri Gürcüstanda

Türkiyə DİN rəhbəri Gürcüstanda
SİYASƏT 01 Sentyabr 2026 17:45
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvilinin dəvəti ilə Gürcüstana rəsmi səfərə gəlib.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Tamazaşvili türkiyəli həmkarını Tbilisi Beynəlxalq Hava Limanında qarşılayıb.

Səfər zamanı departament rəhbərləri geniş danışıqlar aparacaqlar. Həmçinin iki ölkənin Daxili İşlər nazirliklərinin polis akademiyaları arasında anlaşma memorandumunun imzalanması planlaşdırılır.

Görüşdən sonra nazirlər birgə bəyanatlarla çıxış edəcəklər.