“Məqsəd rejimi devirmək deyil”
Sitat.info xəbər verir ki, bu barədə “Newsmax” telekanalının efirində ABŞ-nin maliyyə naziri Skott Bessent bəyan edib.
Nazir belə bir ssenarinin istisna edilmədiyini diqqətə çatdırıb:
“Burada məqsəd mütləq şəkildə rejimi devirmək deyil. Bəlkə bu baş verəcək, bəlkə də xalq ayağa qalxacaq”.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ Maliyyə Nazirliyinin rəhbəri Birləşmiş Ştatların İrana dəstək verən ölkələri sistemli şəkildə müəyyən etmək və onlar qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu bildirmişdi. Bessent, həmçinin Vaşinqtonun Misir bankının Dubaydakı filiallarına qarşı artıq sanksiya tətbiq etdiyini açıqlamışdı. Amerika tərəfinin versiyasına görə, sözügedən maliyyə qurumları 2025-ci ildən bəri İrana 1,8 milyard dollardan çox vəsait ayırıb.
///Qafqazinfo