Azərbaycandan Ermənistana növbəti dizel tədarükü

Azərbaycandan Ermənistana növbəti dizel tədarükü
Gündəm 02 Sentyabr 2026 17:24
Azərbaycandan Ermənistana növbəti partiya dizel yanacağı göndəriləcək.

Sitat.info xəbər verir ki, 17 sisterndən ibarət 989 ton olan dizel yanacağı sabah Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.