Almaniya Rusiyanın Baş Konsulluğunu bağlayır

Almaniya Rusiyanın Baş Konsulluğunu bağlayır
Dünya 02 Sentyabr 2026 11:42

Almaniya Rusiyaya qarşı yeni qərarlar qəbul edib.

Sitat.info xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.

Bildirilib ki, Almaniya sentyabrın 18-dən etibarən Bonn şəhərindəki Rusiya Baş Konsulluğunun fəaliyyətinə xitam verəcək. Həmçinin Berlində yerləşən Rus Evi ilə bağlı müqavilənin ləğv olunacağı açıqlanıb.

Nəşrin məlumatına görə, bu addımlar Moskva ilə Berlin arasında münasibətlərdə gərginliyin daha da artmasına səbəb ola bilər.

Ekspertlər Almaniyanın qərarına cavab olaraq Rusiyanın Sankt-Peterburqdakı Almaniya Baş Konsulluğunu bağlaya biləcəyini, eləcə də Höte İnstitutunun Rusiyadakı fəaliyyətini dayandıra biləcəyini istisna etmirlər.