“Çevik” ləqəbli tiktoker Qəbələdə döyüldü
“Çevik” ləqəbi ilə tanınan bloqer Məqsəd Bağırov ötən gün yaşadığı Qəbələ şəhərində iki nəfər tərəfindən döyülüb.
Hadisə şahidlərinin bildirdiyinə görə, Məqsəd Bağırov əvvəlcə həmin şəxslər tərəfindən söhbət etmək məqsədilə evinin yaxınlığında yerləşən kafeyə çağırılıb.
Daha sonra kafenin həyətində ona xəsarət yetirildiyi bildirilir.(Aztimes.az)