Ustanı evin damında elektrik cərəyanı vurub öldürdü

Ustanı evin damında elektrik cərəyanı vurub öldürdü
HADİSƏ 02 Sentyabr 2026 18:00
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Sitat.info xəbər verir ki, hadisə dünən saat 11 radələrində Xətai rayonunda qeydə alınıb.

NZS qəsəbəsi A.Qurban küçəsi ev 25-in damında usta işləyən Bərdə rayon sakini 1958-ci il təvəllüdlü Fəxrəddin Əliş oğlu Hacıyevi elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.