Rusiyadan ermənilərə çağırış: Paşinyanı devirin

Rusiyadan ermənilərə çağırış: Paşinyanı devirin
SİYASƏT 04 Sentyabr 2026 17:26
“Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri heçə endirmək üçün əlindən gələni edir”.

Sitat.info xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Kamkin deyib.

Ekspert Rusiya ilə münasibətlərin pozulmasının qarşısını almaq üçün Ermənistan vətəndaşlarını Nikol Paşinyanı devirməyə çağırıb.

“Paşinyan Rusiya-Ermənistan münasibətlərini tamamilə sıfıra endirmək üçün hər şeyi edir. Bura həm iqtisadi əlaqələrin kəsilməsi, həm də KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmaq daxildir. Əgər vətənpərvər ermənilər Paşinyanı devirməsələr, Ermənistan Rusiyanın qeyri-dostuna çevriləcək”, - Kamkin qeyd edib.