Prezident onları təbrik etdi

Prezident onları təbrik etdi
SİYASƏT 03 Sentyabr 2026 11:37

Azərbaycan Prezidenti İlham Əliyev San Marinonun Regent Kapitanları xanım Aliçe Minaya və cənab Vladimiro Selvaya təbrik məktubu ünvanlayıb.

Sitat.info xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri,

San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, San Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.