Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq
SOSİAL 02 Sentyabr 2026 20:30
Qazax rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Sitat.info xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb.
Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 3-də saat 10:00-dan işlər yekunlaşanadək Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli və Qaymaqlı kəndlərinin qaz təchizatı dayandırılacaq.