Ermənistanda dəhşətli qəza: 5 nəfər ölüb, 11 yaralı var

Ermənistanda dəhşətli qəza: 5 nəfər ölüb, 11 yaralı var
Dünya 02 Sentyabr 2026 19:53
Ermənistanda Kuçak-Aparan avtomobil yolunda baş vermiş faciəvi yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların sayı 11 nəfərə çatıb.
Sitat.info xəbər verir ki, bu barədə "NEWS.am" müxbirinə Aparan tibb mərkəzinin nümayəndələri məlumat veriblər.
Sürücülərdən biri İrəvana köçürülüb, daha bir yaralının da paytaxta aparılmasına hazırlıq görülür.
Qeyd edək ki, sentyabrın 2-də Kuçak-Aparan avtomobil yolunda "PAZ" və "Opel Zafira" markalı avtomobillər toqquşub. İlkin məlumatlara görə, hadisə nəticəsində 5 nəfər həlak olub. "PAZ" markalı avtobus Artik–İrəvan marşrutu üzrə xidmət göstərirmiş.