Elvin Cəfərquliyev əməliyyat olundu
Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.
Sitat.info xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə cavab oyununda zədələnən müdafiəçinin əməliyyatı uğurla başa çatıb.
Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin distal vətərində zədələnmə aşkarlanıb.
Cəfərquliyevin müalicə və bərpa prosesi "Qarabağ"ın tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.