Rusiya-Ukrayna müharibəsinin mümkün bitmə tarixi açıqlandı

Rusiya-Ukrayna müharibəsinin mümkün bitmə tarixi açıqlandı
Dünya 04 Sentyabr 2026 17:39
Ukrayna Prezident Administrasiyasının (PA) rəhbəri Kirill Budanov Rusiya ilə müharibənin 2027-ci ilin yazından tez bitməyəcəyini proqnozlaşdırıb.

Sitat.info xəbər verir ki, bu barədə o, “The New York Times” (NYT) qəzetinə verdiyi müsahibədə bildirib.

Budanovun sözlərinə görə, danışıqlar bu ay bərpa oluna bilsə belə, atəşkəs üçün şərtlərin yazdan əvvəl mövcud olması ehtimalı azdır".

PA rəhbəri Rusiyanın qarşıdan gələn qışda Ukraynaya təzyiqi artıracağını da qeyd edib.

///Teleqraf