"Hörmüz boğazı açılmayacaq"
“ABŞ Yaxın Şərqdən geri çəkilənədək İran Hörmüz boğazını açmayacaq”.
Sitat.info xəbər verir ki, bunu İran Ali rəhbəri Müctəba Xameneinin Xuzistan vilayəti üzrə nümayəndəsi Məhəmməd Nəbi Musəvifərd deyib.
“Düşmən Hörmüz boğazında vəziyyətin müharibədən əvvəlki dövrə qayıtdığını təlqin etməyə çalışır. Halbuki İran hələ də regiondakı bütün prosesə tam nəzarət edir və strateji üstünlüyə malikdir. Biz bu boğazı açmayacağıq. Amerikanın regiondan əli tamamilə kəsilənə və imperializmin maraqları məhv edilənədək İranın mövqeyi dəyişməz olaraq qalacaq. çoxsaylı tələblər qarşısında geri çəkilməyəcəyik”, - o bildirib.