“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Slaviya” futbolçusu Denis Halinskini icarəyə göndərib.
Sitat.info xəbər verir ki, bu haqda Praqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı mərkəz müdafiəçisi “Pardubitse”yə keçib. Onunla 6 aylıq müqavilə imzalanıb. Müqavilədə futbolçunun sonradan transfer edilməsi ilə bağlı satınalma bəndi yer almayıb.
Qeyd edək ki, “Sabah”- “Slaviya” oyunu oktyabrın 13-də Bakıda keçiriləcək.