Kamançaya dair yeni dövlət standartı qəbul edildi

Kamançaya dair yeni dövlət standartı qəbul edildi
MƏDƏNİYYƏT 04 Sentyabr 2026 18:00
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 1005:2026 “Milli simli musiqi alətləri. Kamança və kamança ailəsi. Texniki şərtlər” yeni dövlət standartı qəbul edilib.

Sitat.info xəbər verir ki, bu dövlət standartının qəbulunda əsas məqsəd xalq musiqisinin solo, ansambl, orkestr ifası və tədris məqsədi üçün nəzərdə tutulan kamança və kamança ailəsinə aid alətlərinin texniki və digər keyfiyyət göstəricilərinin vahid qaydada müəyyənləşdirilməsi, alətlərin istehsalında və qiymətləndirilməsində ümumi yanaşmanın təmin edilməsidir.

Yeni dövlət standartı layihəsi AZSTAND tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bazasında təsis edilən “Azərbaycan xalq çalğı alətləri” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 44) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.