Rusiya Almaniyanı zərbə endirməklə hədələdi

Rusiya Almaniyanı zərbə endirməklə hədələdi
Dünya 04 Sentyabr 2026 12:43

Almaniyada Rusiyaya qarşı yönəlmiş uzaqmənzilli zərbə sistemlərinin yerləşdirilməsi halında onların olduğu məkanlar Moskva tərəfindən legitim hərbi hədəflər kimi nəzərdən keçiriləcək.

Sitat.info xəbər verir ki, bu barədə “Vedomosti”yə Rusiyanın Berlindəki səfirliyindən mənbə bildirib. 

Agentliyin həmsöhbəti vurğulayıb ki, Moskva öz təhlükəsizliyini təmin edərkən bu cür planları nəzərə alacaq. 

Qeyd edək ki, Almaniyada Rusiyaya qarşı ilk uzaqmənzilli sistemlərin yerləşdirilməsi 2027-ci ildə başlayacaq və bu proses 2030-cu illərin ortalarında tamamlanacaq. Diplomatlar bu sistemlərin mənzilinin iki min kilometrə qədər olacağını açıqlayıblar.