U-21 millisinin oyun təqvimi açıqlandı

U-21 millisinin oyun təqvimi açıqlandı
İdman 03 Sentyabr 2026 18:18
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabr və oktyabr aylarında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üç rəsmi oyun keçirəcək.

Sitat.info AFFA-nın saytına istinadən xəbər verir ki, artıq yığmamızın matçlarının tarixləri də müəyyənləşib.

Azərbaycan U-21 millisinin oyun təqvimi:

25 sentyabr

Azərbaycan (U-21) – Çexiya (U-21)

“Bank Respublika Arena”

30 sentyabr 

Şotlandiya (U-21) – Azərbaycan (U-21)

“Reqbi Park” (Kilmarnok, Şotlandiya)

6 oktyabr

Azərbaycan (U-21) – Cəbəllütariq (U-21)

“Bank Respublika Arena”