“Trabzonspor”dan ən bahalı transfer

“Trabzonspor”dan ən bahalı transfer
İdman 03 Sentyabr 2026 16:00
“Trabzonspor” daha bir futbolçu transfer edib.

Sitat.info xəbər verir ki, klub “Midtyullann”dan (Danimarkan) Frankulino Conu alıb.

Türkiyə klubu bu keçid üçün qarşı tərəfə 17 milyon avro ödənəcəyini, futbolçunun isə illik 2.1 milyon avro qazanacağı bildirilib. Tərəflər arasında 4+1 illik müqavilə imzalanıb.

Bununla da “Trabzonspor” tarixinin ən bahalı transferini həyata keçirib. 

Qeyd edək ki, Qvineya-Bisau millisinin üzvü “Midtyullann” forması ilə çıxdığı 117 matçda 58 qol vurub və 15 məhsuldar ötürmə edib.