Rusiyada səfərbərlik olacaq? - Putin AÇIQLADI

Rusiyada səfərbərlik olacaq? - Putin AÇIQLADI
Dünya 03 Sentyabr 2026 13:46

Rusiyada səfərbərlik tələb edən heç bir ssenari yoxdur.

Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda bildirib.

    Rusiya lideri bu mövzuda yayılan xəbərləri cəfəngiyat adlandırıb və bunu Dövlət Dumasına seçkilərdən əvvəl informasiya hücumu ilə əlaqələndirib.

    “Bu, düşünülmüş informasiya əməliyyatıdır”, - Putin vurğulayıb.

    Rusiya Prezidenti ölkəsində insanların Ukrayna vətəndaşlarından fərqli olaraq, Müdafiə Nazirliyi ilə könüllü müqavilələr imzaladığını qeyd edib.