Xocavənddə 24 yaşlı gənc faciəvi şəkildə öldü

Xocavənddə 24 yaşlı gənc faciəvi şəkildə öldü
KRİMİNAL 03 Sentyabr 2026 17:31
Xocavənd rayonunda bədbəxt hadisə baş verib.

Sitat.info Lent.az-a istinadən xəbər verir ki, Zaqatalanın Bəhmətli kənd sakini 2002-ci il təvəllüdlü Elgün Aydın oğlu Şamxalovun meyiti Xocavənd rayonu ərazisində elektrik transformatorunun yaxınlığında tapılıb.

İlkin araşdırmalar zamanı Xocavənd rayonuna işləməyə gələn E.Şamxalovun transformatora müdaxilə edərkən elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.