Soçiyə hücuma görə 100-dən çox reys ləğv olundu

Soçiyə hücuma görə 100-dən çox reys ləğv olundu
Dünya 04 Sentyabr 2026 18:26
Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Soçi şəhərinə zərbələr endirib
Şəhərdə yerləşən "Rosneft-Kubannefteprodukt” neft bazasına hücum olub. Hücumdan sonra obyektdə yanğın başlayıb.
Hadisə ilə əlaqədar Soçi hava limanının fəaliyyəti təxminən 11 saat məhdudlaşdırılıb. 100-dən çox aviareys gecikdirilib və ya ləğv edilib, onlarla təyyarə isə havaya qalxa və ya Soçiyə enə bilməyib. Dron hücumundan sonra neft bazasındakı yanğınla əlaqədar şəhərdə havanın keyfiyyəti də ölçülür. Səhər saatlarında Soçi sakinləri səmanın qara tüstü ilə örtüldüyünü bildiriblər.
Soçi meri Andrey Proşunin bildirib ki, hazırda neft bazasında baş verən yanğının söndürülməsi davam etdirilir.