ABŞ Ukrayna münaqişəsinin həllində cəbhədəki reallıqları nəzərə almalıdır — Rusiya XİN 

ABŞ Ukrayna münaqişəsinin həllində cəbhədəki reallıqları nəzərə almalıdır — Rusiya XİN 
Dünya 05 Sentyabr 2026 09:19

Ukraynadakı vəziyyət daim dəyişir və bu dəyişikliklər Kiyevin xeyrinə deyil.

Sitat.info xəbər verir ki,  Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Ryabkovun sözlərinə görə, ABŞ administrasiyası Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda cəbhədəki mövcud reallıqları nəzərə almalıdır.

O, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə mümkün səfəri ilə bağlı TASS-a açıqlamasında bildirib ki, əsas məsələ Vaşinqtonun böhranın real həllinin tapılmasına nə dərəcədə hazır olmasıdır.

“Burada təkcə dəfələrlə danışdığımız münaqişənin əsas səbəbləri deyil, həm də daim dəyişən vəziyyət nəzərə alınmalıdır. Bu dəyişikliklər Kiyevin xeyrinə deyil”, - Ryabkov deyib.

Rusiya rəsmisi əlavə edib ki, ABŞ tərəfinin məsələyə yanaşması və siyasi məqsədəuyğunluğun, eləcə də münaqişənin həllinə qarşı olan qüvvələrin təsirinə nə dərəcədə məruz qalacağı ilə bağlı suallar hələ də açıq qalır.

Nigar,

Sitat.info