Kiyevdə həyat iflic olub: Dron hücumları gecə-gündüz davam edir  

 Kiyevdə həyat iflic olub: Dron hücumları gecə-gündüz davam edir  
Dünya 05 Sentyabr 2026 12:40

Ukraynanın paytaxtı Kiyevdə demək olar ki, fasiləsiz dron hücumları gündəlik həyatı ciddi şəkildə pozur. Sərnişinlər yollarda qalır, uşaqlar dərs zamanı sığınacaqlara aparılır, tədbirlər ləğv edilir.

Sitat.info Reuters-ə istinadən xəbər verir ki, son 10 gündə hava hücumları təkcə gecələr deyil, sutka boyu davam edir. Rusiya daha sürətli və vurulması çətin olan reaktiv mühərrikli dronlardan istifadə edir.

Kiyev sakinlərini qarşıdan gələn qış da narahat edir. Rusiya hücumları artıq elektrik və su təchizatında fasilələrə səbəb olur və yeni hücumların vəziyyəti daha da ağırlaşdıracağı gözlənilir.

BMT-nin məlumatına görə, müharibə başlayandan bəri 16 mindən çox mülki şəxsin ölümü təsdiqlənib.

Aytac,

Sitat.info