ABŞ səfiri Hakabi Qərbi Şəriyədə öldürülən fələstinlilərin ailələri ilə görüşüb
ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi işğal altındakı Qərbi Şəriyənin Ramallah bölgəsində yerləşən Turmus Aya şəhərinə gedib.
Sitat.info "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, səfir burada ABŞ vətəndaşları ilə yanaşı, İsrail məskunlaşanları və hərbçilərinin hücumları nəticəsində öldürülən fələstinlilərin ailələri ilə görüşüb.
Hakabiyə şəhərdəki vəziyyət və fələstinlilərin qarşılaşdığı problemlər barədə məlumat verilib. Sakinlər bildiriblər ki, bölgədə məskunlaşanların hücumları və Fələstin torpaqlarının ələ keçirilməsi davam edir.
Görüş zamanı ABŞ səfirindən bölgədə baş verənlərlə bağlı mesajın Vaşinqtona çatdırılması və vəziyyətin dəyişdirilməsi üçün real addımların atılması istənilib.
Aytac,
Sitat.info