Azərbaycan təhsilinə AĞIR İTKİ - FOTO 

Azərbaycan təhsilinə AĞIR İTKİ - FOTO 
Özəl 05 Sentyabr 2026 11:30

Uzun illər Sumqayıt şəhərində pedaqoji fəaliyyət göstərən, müəllim və direktor müavini kimi çalışan Şəhriyar Əliyev vəfat edib.

Şəhriyar Əliyev 40 il ərzində Sumqayıtın 3, 25 və 19 nömrəli məktəblərində çalışıb.

O, pedaqoji fəaliyyəti ilə yanaşı, səmimiyyəti və insanlarla xoş münasibəti ilə seçilib, təhsil ictimaiyyəti və onu tanıyanlar arasında çox sevilən insan kimi yadda qalıb.

Şəhriyar Əliyevin vəfatı yaxınları, həmkarları və onu tanıyanlar üçün ağır itki olub.

Təhsil ictimaiyyətinə, mərhumun yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin./nocomment.az/