Böyük Britaniya Fələstinə görə İsrailə sanksiya tətbiq etdi
Böyük Britaniya işğal altındakı İordan çayının qərb sahilində yerləşən İsrail yaşayış məntəqələrində istehsal olunan malların idxalına ticarət qadağası tətbiq edəcəyini açıqlayacaq.
Sitat.info xəbər verir ki, bunu Britaniyanın pensiyalar naziri Pat Makfadden bildirib.
Onun sözlərinə görə, qərarın əsas məqsədlərindən biri İsrail və Fələstin arasında iki dövlətli həll perspektivinin aradan qalxmasının qarşısını almaqdır.
Britaniyanın xarici işlər naziri məsələ ilə bağlı parlamentdə bu gün açıqlama verəcək.
Aytac,
Sitat.info